"Qarabağ"ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb
22
mar
2024
17:45
"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb.
BAKU.WS "Sovsport"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və "Qarabağ"a yönəltdiyini bildirib.
"Hələlik diqqətimi millinin qarşıdakı oyunlarına cəmləmişəm. Ardından kluba qayıdacağam, orada verilən tapşırıqları yerinə yetirməliyəm. Sonrasına baxarıq", - deyə Lunyov söyləyib.
Qeyd edək ki, Andrey Lunyov "Qarabağ"a 2023-cü ilin yayında azad agent kimi keçib. Qapıçının ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.
Oxşar xəbərlər
Lunyov rusiyalı blogerlə Bakı küçələrini gəzdi - VİDEO
"Qarabağ" klubunun təcrübəli qapıçısı Andrey Lunyov Bakı küçələrində rusiyalı blogerə müsahibə verib. BAKU.WS xəbər verir ki, "Bayer"lə oyundan öncə rusiyalı b...