SİZİN REKLAM BURADA!
055 213 76 73


"Krasnodar"ın qapıçısı Matvey Safonov Rusiya millisinin əsas heyətində yer almaq üçün "Qarabağ"ın qapıçısı Andrey Lunevlə rəqabətdən danışıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə Rusiya KİV-ə açıqlama verib. 

“Andreylə aramız yaxşıdır, onu milli komandada görməkdən şad olaram. Ondan Avropa yarışlarında oynamağın necə bir hiss olduğunu soruşmaq istərdim. Onun Avropa Liqasında yaxşı çıxış etdiyini bilirəm. O, millidə yer uğrunda mübarizə aparmağa hazırdırmı? Baxaq, məşqdə hər şey görünəcək, kim necə hazırdır. Yəqin ki, toplanışda kimin qapıda yerini tutacağına qərar veriləcək”, - deyə Safonov qeyd edib.

Xatırladaq ki, Serbiya ilə yoldaşlıq oyunu martın 21-də Moskvada, Mərkəzi Dinamo stadionunda keçiriləcək. Oyunun Moskva vaxtı ilə saat 20:00-da başlaması planlaşdırılır. Həmçinin mart ayında Rusiya millisi Paraqvayla qarşılaşacaq. Bu görüş martın 25-də baş tutacaq.

BAKU.WS