UEFA-dan azərbaycanlı hakimə Konfrans Liqası oyununa TƏYİNAT
19
fev
2024
16:58
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 36 yaşlı hakim Bolqarıstanda yerli “Ludoqorets” və İsveçrənin “Servett” klubları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB - 7
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sın...