"Qarabağ" və "Braqa"nın ən bahalı futbolçuları - FOTO
Ağdam təmsilçisi bir neçə gündən sonra Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq. UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq qarşılaşma Azərbaycan klubu üçün tarixi uğurla başa çata bilər.
Bunun üçün "Qarabağ" klubu iki oyunluq matçda rəqibindən üstün olmalıdır. "Qarabağ"ın "Braqa"nı keçmək şansları mümkünsüz deyil. Rəqibin heyəti həm büdcə, həm də təcrübəli oyunçular baxımından üstün olsa da ağdamlıların sona qədər mübarizə aparacağı heç kimdə şübhə doğurmur.
Hər iki klubun futbolçularına nəzər yetirsək transfer dəyəri daha baha olan futbolçular belədir:
"Qarabağ": Leandro Andrade - 1,2 milyon avro, Juninyo - 1 milyon avro, Yassin benzia - 1 milyon avro.
"Braqa": Rikardo Horta - 20 milyon avro, Abel Ruiz - 12 milyon avro, Viktor Qomez - 8 milyon avro.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib - YENİLƏNİB-7
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakı...