İkiqat Olimpiya mükafatçısı səs verib: "Vətəndaşlıq borcumu yerinə yetirdim"
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, səs verənlər arasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov da var.
İkiqat Olimpiya mükafatçısı (1 qızıl, 1 gümüş medal) və Avropa çempionu 27 saylı Xətai seçki dairəsinə gələrək öz namizədinə səs verib.
T. Əsgərov daha sonra seçkilərlə bağlı təəssüratlarını bölüşüb:
"Tarixi anlara şahidlik edirik. Ərazi bütövlüyümüzün bərpasından sonra ilk prezident seçkiləridir. Vətəndaşlıq borcumu yerinə yetirdiyimə görə xoşbəxtəm. Azərbaycan üçün xeyirli olsun".
Oxşar xəbərlər
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI
Azərbaycan dövləti beyxənxalq yarışlarda üçrəngli bayrağımızı qaldıran idmançılara hər zaman yüksək dəyər verib və onlar mükafatlandırılmaqla yanaşı, müəyyən st...