Bir ildə adını, ata adını dəyişənlər - STATİSTİKA
06
fev
2024
19:31
Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.
Ədliyyə Nazirliyindən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələlərlə bağlı ümumilikdə 46 345 müraciət daxil olub.
“2023-cü il ərzində qeydiyyat orqanlarında 2.492 vətəndaş adını, ata adını və soyadını dəyişdirib.
Müraciət edən 43.862 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...