SİZİN REKLAM BURADA!
055 213 76 73


Transfer cəhdlərini davam etdirən "Qalatasaray"ın Premyer Liqa təmsilçisi "Mançester Yunayted"də çıxış edən Kristian Eriksenlə anlaşdığı iddia edilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Transfer pəncərəsi zamanı Saşa Boeyi "Bavariya", Sedrik Bakambunu isə "Real Betis"ə göndərən "Qalatasaray" heyətini Serj Aurier və Karlos Vinisiusla gücləndirib.

Sol cinah müdafiəçisi axtarışlarını davam etdirən İstanbul təmsilçisi üçün flaş transfer iddiası yayılıb.

Əldə edilən məlumata görə, "Qalatasaray" danimarkalı futbolçu ilə razılaşıb, "Mançester Yunayted"lə şərtləri müzakirə ediblər.

"Sarı-qırmızılar"ın ingilis komandası ilə anlaşacağı təqdirdə təcrübəli yarımmüdafiəçinin icarə əsasında "Qalatasaray" formasını geyinəcəyi gözlənilir.

Bildirilir ki, iki klub arasında yeganə problem icarə müqaviləsindəki satınalma variantı ilə bağlıdır.  "Qalatasaray" ara transfer dövründə bir neçə başqa cəhddə də eyni səbəblərdən mənfi nəticələr əldə etmişdi.

Eriksenin həm 10, həm də 8 nömrədə oynamaq bacarığı, yüksək texnikası və təcrübəsi ilə Baş məşqçi Okan Burukun heyətində görmək istədiyi futbolçulardan olduğu bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted"in 2022/23 mövsümündə "Brentford"dan pulsuz transferlə heyətinə qatdığı danimarkalı ulduz bu mövsüm ingilis komandası ilə 19 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Klubu ilə müqaviləsi 2025-ci ildə başa çatacaq Eriksenin hazırkı bazar dəyəri 13 milyon avrodur.

BAKU.WS