SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun 39 yaşı tamam olur.

BAKU.WS ulduz futbolçu haqqında məlumatları təqdim edir:

Kristiano Ronaldo dos Santos Aveiro Portuqaliyanın Madeyra adasının paytaxtı Funşalın Sao Pedro kilsəsində anadan olub və yaxınlıqdakı Santo Antonio kilsəsində böyüyüb. Ronaldo ailədə dördüncü uşaq olub.

Atası onun adını Dos santos, anası isə Ronaldo qoymaq istəyirdi. Son qərar olaraq körpənin adını Kriştiano Ronaldo Dos Santos Averio qoydular. Ronaldo karyerasına gənc oyunçu kimi "Andorinha" klubunda başlayıb.

Hələ 8 yaşındaykən atasının avadanlıq meneceri vəzifəsində çalışdığı həvəskar komanda olan "Andorinha" klubunda oynayırdı. O, 14 yaşında olarkən anasının razılığı ilə futbol oynamağa başlayıb. "Conal" klubundan bir müddət oynadıqdan sonra "Sportinq Lissabon" klubu ilə bilinməyən məbləğdə müqavilə imzalayıb.

Burada ulduzu parlayan Ronaldonun növbəti komandası "Mançester Yunayted" oldu.

1997-ci ildə Portuqaliya nəhəngi olan "Sportinq Lissabon" klubuna keçid edən ulduzun gözəl oyunu "Mançester Yunayted"in məşqçisi olan Aleks Ferqyusonun diqqətindən yayınmadı, elə 2003-cü ildə Kriştiano £12.24 milyon funt-sterlinqə (€15 milyon) "Mançester"ə transfer olunub.

O, 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. Ronaldo ilk het-trikini "Mançester Yunayted" forması ilə 12 yanvar 2008-ci ildə "Nyukasl Yunayted" üzərində 6:0 hesabı ilə qalib gəldikləri oyunda edib.

Ronaldo Portuqaliya milli komandasının heyətində ilk dəfə 2003-cü ilin avqust ayında çıxış edib. Portuqaliyalılar həmin oyunda Qazaxıstanı 1:0 hesabı ilə məğlub etmişdilər. Daha sonra 2004-cü ilin Avropa Çempionatı üçün heyətə dəvət olunub.

Portuqaliya və bütün milli komandaları nəzərə alsaq, o, ən çox oyun keçirən (205) və ən çox qol vuran (128) oyunçudur.

Ronaldo Portuqaliya millisi ilə "Avro 2016"nın və 2019-cu ildə Millətlər Liqasının qalibi olub.

O, 2008-2009 mövsümünün sonunda "Real Madrid"ə transfer olunub. İyunun 26-da "Real Madrid" Ronaldonun iyulun 1-dən komandada olacağını və müqaviləsinin 6 illik olduğunu açıqlayıb.

O, rekord məbləğə Madrid klubuna keçid edib.

94 milyon avroya transfer edilən Ronaldo da Zinəddin Zidanın 75 milyon avroluq transfer rekordunu təkrarlayıb.

Ronaldo "Real"da debütünü iyulun 21-də "Şemrok Rovers"ə qarşı keçirib.

2010-11 mövsümünün əvvəlində Raulun "Şalke 04"ə gedişi ilə Ronaldo 7 nömrəli formanı götürdü. Bu mövsüm 54 rəsmi matça çıxan Ronaldo 53 qol vurmağı bacarıb və "Real" tarixində bir mövsümdə ən çox qol vurma rekordunu qırıb.

Ronaldo "Real Madrid" tarixinin ən qolçu oyunçusudur.

O, 2013-14 mövsümündə vurduğu 69 qolla FIFA "Qızıl top" mükafatını qazanıb.

O, 10 iyul 2018-ci ildə 100 milyon avro müqabilində rəsmi olaraq "Real Madrid"dən "Yuventus"a transfer olunub.

27 avqust 2021-ci ildə yenidən eks-klubu "Mançester"ə transfer edildi və 2+1 illik müqavilə imzaladı.

O, "Sportinq", "Mançester Yunayted", "Real Madrid", "Yuventus", "kimi klublarda oynayıb və onlarla birlikdə 30 kubok qazanıb.

Ulduz futbolçu ötən ilin yanvarında Səudiyyə ərəbistanı klubu "Əl-Nəsr"ə keçid edib. Forvard klubla 2,5 illik müqavilə üçün anlaşıb. Portuqaliya millisinin üzvü bu klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanır.

Ronaldo 2007-ci ildə 4 ümumi PFA və FWA mükafatını alan ilk futbolçu oldu.

Kriştiano həmçinin 2008,2011,2014,2015-ci ildə Avropa Qızıl Butsi Mükafatının sahibi olub.

Ronaldo 2008-ci ildə dörd əsas PFA and FWA kuboklarından hesab olunan FIFPro İlin Futbolçusu, World Soccer İlin Futbolçusu, Onze d'Or və FİFA Dünyada İlin Futbolçusu mükafatlarına layiq görülüb.

O həmçinin UEFA Çempionlar Liqası tarixindədə ən çox qol vurmuş futbolçudur.

O, FIFA Dünya Kuboku tarixində 5 müxtəlif turnirdə qol vuran ilk oyunçudur.

Ronaldo karyerası ərzində 5 dəfə - 2008,2013,2014,2016, 2017-ci illərdə "Qızıl top" mükafatının sahibi olub.

Ronaldo hal-hazırda əksər futbol mütəxəssisləri tərəfindən dünyanın ən yaxşı futbolçusu kimi qiymətləndirilir və bir çox futbol şərhçiləri, idman yazarları və mütəxəssislər tərəfindən futbol tarixinin gəlmiş keçmiş ən nəhəng oyunçularından biri kimi qəbul edilir. Kriştiano təkcə hələ Real Madriddə 450 qol vurub.

Dünyanın ən yaxşı idmançılarından biri olan Ronaldo 2016, 2017 və 2023-ci illərdə "Forbes" tərəfindən dünyanın ən çox qazanan idmançısı, 2016-2019-cu illərdə isə ESPN tərəfindən dünyanın ən məşhur idmançısı seçilib.

Forvard Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Martines ilə birlikdə dörd uşaqları var. Onun böyük oğlu Juniorun 2010-cu ildə anadan olub.

Ulduz futbolçu atasının ölümünü "Mançester"də oyun zamanı öyrənib.

  • Kriştiano Ronaldo tez-tez qan verdiyinə görə bədənində döymə yoxdur.
  • Futbolçunun adını atası Ronald Reyqanın şərəfinə ABŞ-nin keçmiş prezidentinin adına uyğunlaşdırıb.
  • Peşəkar olmamışdan əvvəl "Andorinha", "CD Nacional" və son olaraq, "Sportinq Lissabon" klublarının gənc komandalarında oynayan K. Ronaldo, U17 Portuqaliya milli komandasında da diqqəti çəkib.
  • Ronaldonun uşaqlıqdan pərəstiş etdiyi komanda "Benfika" olub.
BAKU.WS