"Neftçi"nin baş məşqçisi: "Rəqib layiqli qələbə qazandı"
"Məncə, rəqib layiqli qələbə qazandı".
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç "Sumqayıt"a səfərdə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXI tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis "gənclik şəhəri" təmsilçisini qələbə və Mehdi Hüseynzadə adına stadionun açılışı münasibəti ilə təbrik edib: "Matça çox pis başladıq. Bunun səbəbi əvvəlki kubok görüşü ilə bağlı ola bilər. Birinci hissədə onlar daha yaxşı oynadılar və səhvlərimizdən istifadə edərək iki top vurdular. İkinci yarıda oyunu dəyişməyə nail oldu".
Monteneqrodan olan baş məşqçi komandasında rəqabətin olduğunu vurğulayıb: "Biz daim əsas "11-liy"in axtarışındayıq. Ciddi bir şey olmasa, dəyişikliyin tərafdarı deyiləm".
Oxşar xəbərlər
"Neftçi"nin yeni baş məşqçisinin nailiyyətləri - DOSYE
Xəbər verdiyimiz kimi, "Neftçi" komandasının baş məşqçisi dəyişib. Rumıniyalı Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onu bu postd...