"Hall Siti" "Trabzonspor"un futbolçusunu transfer edib - FOTO
Acun Ilıcalının "Hall Siti" klubu "Trabzonspor"un 24 yaşlı yarımmüdafiəçisi Abdülkadir Ömürü transfer edib.
BAKU.WS xəbər verir ki, bu barədə hər iki klub məlumat yayıb.
"Trabzonspor"un açıqlaması belədir:
"Şirkətimiz ilə peşəkar futbolçumuz Abdülkadir Ömür arasında 31.05.2027-ci il bitmə tarixi olan peşəkar futbolçu müqaviləsi qarşılıqlı olaraq ləğv edilib. Razılaşmaya əsasən, oyunçuya xitam təzminatı ödəniləcək. Peşəkar futbolçumuz Əbdülkadir Ömürün qəti olaraq "Hall Siti"yə transferi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, "Hall Siti" klubumuza müqavilənin ləğvi haqqı olaraq 2 milyon 500 min avro ödəyəcək. Müqavilə çərçivəsində “Hall Siti” futbolçu ilə müqaviləsi davam etdiyi müddətdə İngiltərə Premyer Liqasında iştirak edəcək. Müqavilədən çıxacağı təqdirdə klubumuz daha 2 milyon 500 min avro ödəyəcək".
Oxşar xəbərlər
"Hatayspor" Acun Ilıcalının komandasında çıxış edən futbolçu ilə müqavilə imzalayıb - FOTO
"Hatayspor" Acun Ilıcalının komandasında çıxış edən futbolçu ilə müqavilə imzalayıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Volkan Dəmirəlin baş m...