055 213 76 73
İspaniya Superkubokunun yarımfinal matçında "Real Madrid" Səudiyyə Ərəbistanında oynadığı matçda "Atletiko Madrid"i 5-3 hesabı ilə məğlub edərək finala yüksəlib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər veirr ki, Türkiyə millisinin üzvü Arda Güler 112-ci dəqiqədə oyuna daxil olub.
"Real"da 20-ci dəqiqədə Antonio Rudiger, 29-cu dəqiqədə Ferland Mendi, 85-ci dəqiqədə Dani Karvaxal, 116-cı dəqiqədə Joselu və 122-ci dəqiqədə Brahim Diaz fərqlənib.
"Kral klubu"ndan 78-ci dəqiqədə Rudigerin avtoqolu rəqib komandanın hesabını 3-ə çatdırıb.
Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi isə bu gün saat 23:00-da keçiriləcək "Barselona" - "Osasuna" oyunundan sonra müəyyənləşəcək.
BAKU.WS
VİDEO