SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid" 2024-cü ilin yayı üçün yeni planlar hazırlayır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ilk hədəfi Kilian Mbappe olan ispan nəhəngi Erlinq Haalandı transfer etmək üçün səylərini davam etdirir.

Haalandın müqaviləsindəki xüsusi bəndə görə, Madrid klubu gənc futbolçunu heyətinə qatmaq üçün yayda hərəkət keçə bilər.

Ancaq bu transferin Kilian Mbappenin vəziyyətindən çox asılı olduğu bildirilir.

Transferdə Haalandın da maraqlı olduğu qeyd olunur.

Bildirilir ki, Erlinq Haalandın Dortmund "Borussiya"sından transfer olunduğu zaman imzaladığı müqavilədə fərqli sərbəst qalma şərtləri var.

Bununla belə, "Real Madrid" bu yay transferi tamamlaya bilməsə, Erlinq Haalandı ehtiyat plan olaraq 2025-ci ildə heyətə qatmağı düşündüyü bildirilir.

BAKU.WS