"Mançester Siti"dən Haalanda yeni təklif

Mançester Sitidən Haalanda yeni təklif
İdman 114

"Mançester Siti" norveçli hücumçusu Erlinq Haalanda yeni müqavilə təklif etməyə hazırlaşır.

BAKU.WS-in xəbərinə görə, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Haaland "Siti"ni irəliləməsi üçün ideal klub hesab edir və yeni müqavilənin şərtlərini müzakirə etməyə hazırdır.

Xəbərdə futbolçunun hazırki müqaviləsindəki azad agent kimi qalma maddəsinin çıxarıldığı da qeyd olunub.

Yeni müqavilə təklifinin dəqiq şərtləri hələlik məlum deyil.

Premyer Liqada bir mövsümdə ən çox qol vuran futbolçu adına sahib olan Haalandın maaşında da dəyişiklik olacaq.

Daha əvvəl də "Siti"nin hücumçusuna 2028-ci ilə qədər müqavilə təklif edəcəyi bildirilmişdi.

Xatırladaq ki, Haaland "Mançester Siti"yə 2022-ci ilin yayında "Borussiya Dortmund"dan transfer olub. Ümumilikdə bu mövsüm komandanın heyətində 40 oyun keçirib. Norveçli 47 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarket hücumçunu 170 milyon avro qiymətləndirir.

Son xəbərlər