SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Qalatasaray" klubunda bir müddətdir Vilfrierd Zahanın maaşının ödənilməsi ilə bağlı problemlər yaşandığı iddia edilir.

BAKU.WS xəbər verir ki, "Cimbom"un ulduzu bu barədə Afrika mətbuatına açıqlamalar verib.

Milliyə qatılmamağımağı ilə bağlı o, “"Qalatasaray"da qalıb fiziki səviyyəmi tamamlayaraq burada özümü sübut etməliyəm" deyib.

Pul sıxıntısının olub-olmadığı soruşulanda isə Zaha belə cavab verib:

"Biz pulla bağlı deyilənlərə sadəcə olaraq gülürük.

Hiss edirəm ki, “Qalatasaray” azarkeşləri məni qucaqlayıb səbirlə gözləyirlər. Azarkeşlərimiz ən yaxşısıdır və onlar həmişə Rams Parkda rəqib komandalar üçün cəhənnəmi yaşadırlar. İstanbulu və "Qalatasaray"ı çox sevirəm".

BAKU.WS