"Qalatasaray"da maaş sıxıntısı var? - Zaha açıqladı
Türkiyənin "Qalatasaray" klubunda bir müddətdir Vilfrierd Zahanın maaşının ödənilməsi ilə bağlı problemlər yaşandığı iddia edilir.
BAKU.WS xəbər verir ki, "Cimbom"un ulduzu bu barədə Afrika mətbuatına açıqlamalar verib.
Milliyə qatılmamağımağı ilə bağlı o, “"Qalatasaray"da qalıb fiziki səviyyəmi tamamlayaraq burada özümü sübut etməliyəm" deyib.
Pul sıxıntısının olub-olmadığı soruşulanda isə Zaha belə cavab verib:
"Biz pulla bağlı deyilənlərə sadəcə olaraq gülürük.
Hiss edirəm ki, “Qalatasaray” azarkeşləri məni qucaqlayıb səbirlə gözləyirlər. Azarkeşlərimiz ən yaxşısıdır və onlar həmişə Rams Parkda rəqib komandalar üçün cəhənnəmi yaşadırlar. İstanbulu və "Qalatasaray"ı çox sevirəm".
Oxşar xəbərlər
"Qalatasaray" azarkeşləri Zahanı böyük coşqu ilə qarşıladı - FOTO/VİDEO
"Qalatasaray"ın transfer danışıqlarına başladığı tanınmış futbolçu Vilfrid Zaha İstanbula gəlib. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, ulduz futbo...