SİZİN REKLAM BURADA!
055 213 76 73


"Pari Sen-Jermen" klubunun fransalı futbolçusu Kilian Mbappe yayda klubun düşərgəsini tərk edə bilər.

BAKU.WS xəbər verir ki, Footmercato iddia edib ki, futbolçu artıq Madrid "Real"ı ilə razılığa gəlib.

Qeyd edək ki, Mbappenin Paris klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək. Futbolçu 2018-ci ildən PSJ-də çıxış edir. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro dəyərində ölçülür.

Bu mövsüm Mbappe PSJ forması ilə 24 matçda 25 qola və və 3 məhsuldar ötürməyə imza atıb. Luis Enrikenin çalışdırdığı Paris təmsilçisi Liqa 1-ə 40 xalla liderlik edir. 

BAKU.WS