SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə “MKE Ankaragücü” klubunun azarkeşləri hakimi yumruqladığına görə həbs olunan sabiq klub prezidenlərinin azadlığa çıxmasını coşquyla qarşılayıb.

BAKU.WS xəbər verir ki, “MKE Ankaragücü”nün eks prezidenti Faruk Koca dünən Sincan qapalı cəzaçəkmə müəsisəsindən vəkillərinin etirazı ilə məhkəmə nəzarətinə buraxılıb.

Günorta saatlarında sərbəst buraxılaraq evinə gedən Faruk Koca axşam saatlarında sərbəst buraxılana qədər onu gözləməyə qərar verən “sarı-göylü” fanatları ilə görüşüb.

Minlərlə azarkrş Faruk Kocanı atəşfəşanlıq və məşəllərlə qarşılayıb, ona sevgilərini nümayiş etdiriblər.

Onu qarşılayan pərəstişkarlarına müraciət edən Faruk Koca yaşananlara görə bir daha üzr istəyib və deyib:

"15 gün ərzində gecə-gündüz burada göstərdiyiniz dəstəyə görə hamınıza təşəkkür edirəm. Sizə belə bir hadisə yaşatdığım üçün çox xəcalət çəkirəm və üzr istəyirəm. Məndən gözlənilməz bir hərəkət oldu. Dünya gündəmini, Türkiyə gündəmini, xüsusilə də Qəzzalı uşaqların, qadınların və dünyadakı məzlum insanlarının gündəmini zəpt etdiyim üçün onlardan üzr istəyirəm.

Çünki zülm və qırğın davam edərkən, gündəm o məzlum insanların gündəmi olmalıdır. Türkiyədə şəhidlərin gündəmini zəbt etdiyim üçün üzüldüyümü bildirirəm. Gündəm onların olmalıdır. Bu qədər ağrı və iztirab olduğu halda gündəmi zəbt etdiyim üçün çox təəssüf edirəm. Dostlarımdan , 35 illik iş, siyasi və ictimai həyatımda tanıdığım və məndən belə bir şey gözləməyən hər kəsdən üzr istəyirəm”.

Xatırladaq ki, Türkiyə Superliqası çərçivəsində baş tutan “MKE Ankaragücü” - “Çaykur Rizespor” matçından sonra “Ankaragücü”nün prezidenti matçın baş hakimi Umut Halil Melerə yumruqla hücum etmişdi.

BAKU.WS
VİDEO