SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə çempionatında Naxçıvanı təmsil edəcək 10 şahmatçının adı məlum olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlunata görə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş məktəbli oğlan və qızlar arasında şahmat üzrə muxtar respublika birinciliyi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Şahmat Federasiyasının (NŞF) birgə təşkil etdiyi yarışda 130 şahmatçı arasından əsas vəzifənin öhdəsindən gələn 10 şahmatçı bəlli olub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Anar Əsgərov, Ayşən Abdulla (8 yaş), Bəxtiyar Cəfərli, Lətifə Haqverdiyevə (10 yaş), Davud Mikayılov, Ayla Zamanlı (12 yaş), Mirsaleh Seyidli, Nigar Qənbərli (14 yaş), Zaur Babayev və Fatimə Yusifli (16) öz yaş qrupunun qalibi kimi NŞF-nın dəstəyi ilə Azərbaycan çempionatının yarımfinal mərhələsində iştirak etmək şansı qazanıb.

BAKU.WS