SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentina millisi və ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi həyat yoldaşı Antonella Rokuzzonun bacısı Karla Rokuzzonun toy mərasimini buraxmaq məcburiyyətində qalıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Marca" məlumat yayıb.

Bildirilib ki, şənlik Rosario şəhərində baş tutub və gizli saxlanılıb. Lakin insanlar şəhər kilsəsində mühafizəçilərin sayının artdığını görüb hasarların yanına toplaşmağa başlayıblar.

Mərasimə məşhur futbolçunun gələ biləcəyi məlum olanda insanların sayı daha da artıb.

Messi təhlükəsizlik səbəbi ilə məclisə qatılmayıb.

BAKU.WS