SİZİN REKLAM BURADA!
055 213 76 73


FİFA prezidenti Canni İnfantino Türkiyədə hücuma məruz qalan hakim Halil Umut Meler haqqında açıqlama verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, funksioner hücumu pisləyib.

"Futbolda meydanda və ya meydandan kənarda şiddətə qətiyyən yer yoxdur. Türkiyə Superliqasının "Ankaragücü" – "Rizespor" matçından sonra baş verən hadisələr qətiyyən yolverilməzdir, idmanımızda və cəmiyyətimizdə yeri yoxdur. Oyun rəsmiləri olmayan futbol yoxdur. Hakimlər, oyunçular, azarkeşlər və heyət oyundan həzz almaq üçün təhlükəsiz olmalıdırlar. Mən aidiyyatı qurumları bunun ciddi şəkildə həyata keçirməsini və bütün səviyyələrdə hörmətlə qarşılanmasını təmin etməyə çağırıram", - deyə İnfantino açıqlamasında bildirib.

Xatırladaq ki, hadisədən sonra Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti Faruk Koca saxlanılıb.

BAKU.WS