Azərbaycanlı gimnast qızıl medal və kubokla vətənə döndü - FOTO

2-3 dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində “Mikulas kupa” bədii gimnastika üzrə beynəlxalq yarış keçirilib.
Beynəlxalq yarışa ev sahibliyi edən Macarıstanla yanaşı, dünyanın bir çox ölkəsindən 400-ə yaxın gimnast qatılıb.
Beynəlxalq turnirdə Azərbaycanı baş məşqçi Sevil Fərəcovanın rəhbərliyi altında “Sports box” klubu 7 gimnast ilə təmsil edib. İştirakçılar arasında olan, klubun 7 yaşlı gimnastı Banu Cəfərli 2016-cı il təvəllüdlü gimnastlar arasında öz qrupunun ən güclüsü seçilərək qızıl medal və kubokla vətənə dönüb.
Xatırladaq ki, Banu Cəfərli keçən ilin oktyabr ayında da Abu-Dabidə keçirilən 5-ci Beynəlxalq Ritmik Gimnastika çempionatının qaliblərindəndir. Banu ölkədaxili və beynəlxalq yarışlarda qazandığı uğurlarla yanaşı, həm də "Landau" məktəbinin nümunəvi 2-ci sinif şagirdidir.
Qalereya
Oxşar xəbərlər
MOK: “Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast olub”
“Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast olub”. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) t...
