SİZİN REKLAM BURADA!
055 213 76 73


Qış transfer pəncərəsində yarımmüdafiəçi və qapıçı transferləri edəcəyi gözlənilən "Qalatasaray"la bağlı flaş iddia ortaya atılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, UEFA kubokunun qalibi olduğu müddətdə "Qalatasaray"ın qapısını qoruyan, həm də komandada məşqçi kimi çalışan Klaudio Taffarel kluba braziliyalı qapıçı Lucas Perrini təklif edib.

Məlumata görə, Perri hazırda Braziliyanın "Botafoqo" komandasının şərəfini qoruyur. 2022-ci ildən Braziliya yığmasında çıxış edən 25 yaşlı qolkiper son illər göstərdiyi performansla adından söz etdirib.

Braziliyalı qolkiper 2022-ci ildə 350 min avroya "San Paulo"dan "Botafoqo"ya transfer olunub. 

Hazırda onun bazar dəyəri 5 milyon avrodur. Onun klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır. Cənubi Amerika seçmələri üçün Braziliya millisinə çağırılan uğurlu qolkiper oynamaq şansı tapmayıb.

BAKU.WS
QALEREYA