Şəhriyar Abbasov: Nərimanın məğlubiyyətinin səbəbkarı mənəm - VİDEO
“Nərimanın döyüşündə məğlub edilən tərəf mənəm”.
Bunu məşqçi Şəhriyar Abbasov azərbaycanlı döyüşçü Nəriman Abbasovun "Rizin" Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7" turnirindəki məğlubiyyəti haqda danışarkən deyib.
Ş.Abbasov qeyd edib ki, döyüşçümüz görüşdən sonra göz yaşlarını saxlaya bilməyib: “Nərimanın yaşı azdır, 29 yaşı var. Ona deyirəm ki, bu sənin işindir, məğlubiyyət səhifəsini bağladıqdan sonra başqa bir səviyyə görəcəksən. İdmançıların karyerasında belə anlar olur. Yaxşı ki, 38-39 yaşında baş verməyib. Nərimanın hələ şansı var”.
Qeyd edək ki, Nəriman Abbasov "Landmark 7" turnirində Rusiya təmsilçisi Ali Abdulxalikov ilə üz-üzə gəlib. Qarşılaşma bərabər səviyyədə keçsə də, hakimlərin qərarına əsasən rəqib qalib elan edilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...