SİZİN REKLAM BURADA!
055 213 76 73


Uels millisi ilə dünən baş tutan qarşılaşmada heç-heçə edən Türkiyə yığması qrup lideri kimi AVRO-2024-ə vəsiqəni təmin edib. 

BAKU.WS xəbər verir ki, Türkiyə millisi püşkatmada 2-ci səbətdə yer alacaq.

İkinci səbətdə Türkiyədən əlavə Macarıstan, Danimarka, Albaniya, Rumıniya və Avstriya yığmaları da var.

Qeyd edək ki, Avropa çempionatının qrup mərhələsində mübarizə aparacaq dörd yığma hər səbətdən bir komanda ilə formalaşacaq.

1-ci səbət; Almaniya, Portuqaliya, Fransa, İspaniya, İngiltərə, Belçika
2-ci səbət; Türkiyə, Macarıstan, Danimarka, Albaniya, Rumıniya, Avstriya
3-cü səbət; Hollandiya, Şotlandiya, Sloveniya, Xorvatiya, Slovakiya, Çexiya
4-cü səbət; İtaliya, Serbiya, İsveçrə, "Play-off" görüşlərində qalib gələcək 3 komanda.

BAKU.WS