SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentinalı ulduz Lionel Messi futbol tarixində yeni rekord qırmağa hazırlaşır.

BAKU.WS Daily Mail-ə istinadən xər verir ki, Messinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi ilə 6 oyunda geyindiyi formalar hərracda satışa çıxarılacaq.

Qeyd olunub ki, hər formanın təxminən 10 milyon dollara satılacağı ehtimal olunur.

Argentinalı superulduzun Səudiyyə Ərəbistanı və Meksika ilə qrup matçlarında, sonrakı turlarda isə Avstraliya, Hollandiya, Xorvatiya və Fransa ilə qarşılaşmalarda geyindiyi formalar hərraca çıxarılacaq.

Qeyd edək ki, daha əvvəl Maradonanın 1986-cı il dünya çempionatının 1/4 finalında geyindiyi formanı naməlum şəxs təxminən 8 milyon avroya alıb.

Bütün idman növləri arasında forma və ya ayaqqabısı hərracla ən yüksək qiymətə satılan idmançı rekordu Maykl Cordana aiddir. Bundan əvvəl əfsanəvi basketbolçu Maykl Cordanın 1984-cü ildə Chicago Bulls ilə geyindiyi bir cüt idman ayaqqabısı 8,1 milyon dollara satılaraq tarix yazmışdı.

BAKU.WS