SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi Brüsselə çatıb.

"Report"un Belçikaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə 6 saatlıq uçuşun ardından hava limanına enib.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

BAKU.WS