Azərbaycan millisi Belçikada
17
noy
2023
23:23
AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi Brüsselə çatıb.
"Report"un Belçikaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə 6 saatlıq uçuşun ardından hava limanına enib.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib - YENİLƏNİB - 8
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib...