İLK DƏFƏ: “Qarabağ” rəqibi ilə Xankəndi stadionunda görüşəcək
Xankəndi şəhərində yerləşən stadionda ilk dəfə yerli klublarımızın iştirakı ilə futbol oyunu keçiriləcək.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu matç Azərbaycan Kubokunun 1/8 finalında “Qarabağ”la əvvəlki mərhələdən MOİK - “Ağdaş”/“Cəbrayıl” cütünün qalibi arasında keçiriləcək oyun olacaq.
Qeyd edək ki, bununla bağlı hazırlıq işləri aparılır və oyun dekabrın 21-də baş tuta bilər. Hazırda Xankəndi şəhər stadionunda təmir işləri gedir. Stadionun keçmiş qondarma rejimin “bayrağı” rənglərində olan tribunaları sökülüb yeniləri ilə əvəzlənir. Arenanın ot örtüyünün dəyişdiriləcəyi və paltardəyişmə otaqlarının da yenilənəcəyi bildirilib.
Oxşar xəbərlər
Çempionlar Liqası: “Qalatasaray”ın potensial rəqibləri bilinib
UEFA Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin püşkü atılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Çempionlar yolu və Liqa yolunda bu raundun pot...