SİZİN REKLAM BURADA!
055 213 76 73


Qadın futbolunun ulduzlarından olan Ana Markoviç Mbappe və Haalanddan klublarına bağlı qadın komandalarının oyunlarını izləməklərini istəyib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Markoviç qadın futbolunun bununla daha da inkişaf edə biləcəyini söyləyib:

“İstəyirəm ki, futbolun ən böyük adları matçlarımızı izləsinlər, Mbappe və ya Haaland kimi oyunçular isə öz klublarının oyunlarına baxsınlar. Düşünürəm ki, Neymar da Braziliya matçlarını izləsə, qadın futboluna kömək edə bilər”.

“Düşünürəm ki, qadın futboluna əvvəlkindən daha çox maraq var, çünki biz hər sahədə inkişaf edirik. Keyfiyyət, oyun tərzi və əlimizdə olan imkanlar nəticəsində qadın futbolu daha çox diqqət çəkib”.

“Oyunumuzun keyfiyyəti keçmişlə müqayisədə xeyli yüksəkdir. Düşünürəm ki, insanlar bizim səylərimizi, bunun üçün çox çalışdığımızı başa düşürlər, çünki biz həqiqətən daha yaxşı olmağa çalışırıq. Bu artımın səbəblərindən biri də bütün qadınların futbolumuza töhfə verməsidir”, - deyə Matkoviç qeyd edib.

BAKU.WS