SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın "Tottenhem"dən icarəyə götürdüyü Tanquy Ndombeleni göndərir.

BAKU.WS "NTV Spor"a istinadən xəbər verir ki, artıq çəkisindən xilas ola bilməyən və hələ 90 dəqiqə oynayacaq səviyyədə olmayan Ndombele ilə bağlı texniki heyətin qərar verdiyi iddia edilib.

Məlumata görə, Okan Buruk fransalı futbolçudan ümidini kəsib.

Təcrübəli mütəxəssisin ara transfer dövründə Ndombelenin yerinə möhkəmləndirmə istədiyi bildirilir.

Xəbərin təfərrüatında Burukun yarımmüdafiəçi ilə yanaşı, sol müdafiəçi və hücuma da transferlər istədiyi məlum olub.

BAKU.WS