“Qalatasaray” bir gecədə iki ulduz futbolçu transfer etdi

“Qalatasaray” bir gecədə iki ulduz futbolçu transfer etdi
İdman 2

Türkiyənin “Qalatasaray” klubu UEFA-ya heyət bildirişinin son günündə iki yeni futbolçu ilə anlaşıb.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, “Cim-Bom” İngiltərə “Tottenhem”inin iki futbolçusunu transfer edib.

Müdafiəçi Davinson Sançes və yarımmüdafiəçi Tanqi Ndombele karyeralarını “Sarı qırmızılılar”ın heyətində davam etdirəcəklər.

Məlumata görə, Ndombele komandaya seçimə bağlı satın alma opsionu ilə icarə əsasında qoşulub. "Tottenhem" 26 yaşlı futbolçunun maaşının bir hissəsini ödəyəcək.

Qeyd edək ki, son olaraq “Napoli”də çıxış edən Ndombele 40 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Davinson Sançes də ötən mövsüm “Tottenhem”in heyətində 24 oyuna çıxıb.

Son xəbərlər