"Qalatasaray"dan Tanguy Ndombele ilə bağlı QƏRAR
15
noy
2023
14:02
"Qalatasaray"ın "Tottenhem"dən icarəyə götürdüyü Tanquy Ndombeleni göndərir.
BAKU.WS "NTV Spor"a istinadən xəbər verir ki, artıq çəkisindən xilas ola bilməyən və hələ 90 dəqiqə oynayacaq səviyyədə olmayan Ndombele ilə bağlı texniki heyətin qərar verdiyi iddia edilib.
Məlumata görə, Okan Buruk fransalı futbolçudan ümidini kəsib.
Təcrübəli mütəxəssisin ara transfer dövründə Ndombelenin yerinə möhkəmləndirmə istədiyi bildirilir.
Xəbərin təfərrüatında Burukun yarımmüdafiəçi ilə yanaşı, sol müdafiəçi və hücuma da transferlər istədiyi məlum olub.
Oxşar xəbərlər
"Qalatasaray" "Fənərbağça"nın keçmiş ulduzunu transfer edir
"Qalatasaray" bu mövsüm həm Çempionlar Liqasında, həm də Super Liqada uğurlu performans göstərir. "Sarı-qırmızılılar" qış transfer mövsümü üçün işlərini davam e...