SİZİN REKLAM BURADA!
055 213 76 73


“Real-Madrid”in fransız ulduzu Kərim Benzema gələcək taleyi ilə bağlı qərar verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu yoluna Səudiyyə Ərəbistanında davam edəcək.

Məlumata görə, "Əl İttihad" fransalı hücumçu ilə müqavilə imzalamaq mərhələsinə çatıb. Nuno Espirito Santonun çalışdırdığı Səudiyyə Ərəbistanı komandası uzun müddətdir mübarizə apardığı transfer üçün Kərim Benzemadan müsbət cavab alıb.

Bildirilir ki, Kərim Benzema "Əl Nəsr"də çıxış edən keçmiş komanda yoldaşı Kriştiano Ronaldodan da Səudiyyə Ərəbistanı ilə bağlı məlumat mübadiləsi aparıb. Fransız ulduz "Əl İttihad"la 2 illik müqavilə imzalayacaq və bu müqaviləyə əsasən, vergidən düşülmədən mövsüm başına 100 milyon avrodan çox qonorar alacaq.

Kərim Benzema "Real Madrid"də keçirdiyi 14 mövsümdə 647 rəsmi matçda iştirak edib. Fransalı ulduz adıçəkilən qarşılaşmalarda 353 dəfə rəqibin torunu silkələməyi bacarıb və 165 dəfə komanda yoldaşlarına qol ötürməsi edib.

BAKU.WS