Ronaldo yeni rekorda imza atdı

24
mar
2023
14:28
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandanın heyətində ən çox oyun keçirmə rekorduna imza atıb.
BAKU.WS xəbər verir ki, 38 yaşlı forvardın Lixtenşteynə qarşı 2024-cü il Avropa Çempionatının seçmə oyununda Portuqaliya millisinin heyətində çıxışı 197-ci olub.
Kriştiano millidə meydana çıxma sayına görə Küveyt yığmasında 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyub.
Qeyd edək ki, Portuqaliya - Lixtenşteyn qarşılaşmasında Ronaldo 2 qol vurub və Portuqaliya 4:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
DÇ-2022: Portuqaliya millisi darmadağınla 1/4 finala yüksəlib - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Bu raundun son oyununda Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Rəqibini 6:1 h...
