AVRO-2024: UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

AVRO-2024: UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
İdman 80

Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

BAKU.WS xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytının yaydığı məlumata əsasən, o, AVRO-2024-ün seçmə mərhələsinin G qrupunda keçiriləcək Bolqarıstan - Monteneqro ilk tur matçında iş başında olacaq.

Qarşılaşmada FIFA referisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Kamal Umudlu ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Sözügedən qarşılaşma martın 24-də keçiriləcək.

Son xəbərlər