SİZİN REKLAM BURADA!
055 213 76 73


Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (3:1) Xorvatiya yığması adını növbəti mərhələyə yazdırıb.

***21:23

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt başlayıb.

Hələlik oyunda hesab bərabərdir - 1:1.

***20:58

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt oynanılacaq.

Buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir.

Hərəyə bir dəfə fərqlənən kollektivlər 1/4 finala növbəti vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

Bu, Qətərdəki mundialda əsas vaxtda qalibin bəlli olmadığı hələlik ilk qarşılaşmadır.

***20:23

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.

55-ci dəqiqədə Avropa təmsilçisindən İvan Perişiç tarazlığı bərpa edib.

***19:47

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda hesab açılıb.

44-cü dəqiqədə Daydzen Maeda Asiya təmsilçisini önə keçirib.

***19:02

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***18:14

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda

Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic.

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.

BAKU.WS