"Sabah"ın qapıçısı: "Sele" güclü rəqibdir"

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacı Sloveniyanın "Sele" komandası güclü rəqibdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Sabah"ın qapıçısı Stas Pokatilov deyib.
Qazaxıstanlı qolkiper Bakıda Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
Yeni mövsümün başlaması münasibəti ilə hər kəsi təbrik edirəm. Şanslar bərabərdir. Rəqibimiz güclüdür. Amma hamımız bu qarşılaşmaya hazırıq"
Oyunçu "Sabah"ın əvvəlki məşqçilər heyətinə təşəkkür edib: "Onlarla birlikdə tarix yazdıq, Azərbaycan Kubokunun qalibi olduq. Yeni baş məşqçimizin də oyun üslubu, məndən istədikləri xoşuma gəlir. Matçı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oxşar xəbərlər
İdmançılarımız Kudo üzrə Dünya Kubokunda 1 qızıl və 1 gümüş medal qazandı
5-6 iyul 2025-ci il tarixində Bolqarıstan Respublikasının Burqas şəhərində Kudo idman növü üzrə Dünya Kuboku turniri keçirilib. BAKU.WS xəbər verir ki, Azərbayc...
