Sabah 20 mindən artıq abonent təbii qazsız qalacaq

Sabah Balakən rayonunda 20 mindən artıq abonentə təbii qazın verilişi dayandırılacaq.
"Azəriqaz"dan BAKU.WS-ə verilən məlumata görə, Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində Balakən rayonu Kortala kəndində PE-160 mm və PE-225 mm-lik yeraltı orta təzyiqli daşıyıcı qaz xətlərinin kipliyə sınaq olunması, 28 May küçəsində d-325 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar 09.07.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Balakən QPS-in Balakən ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətlərindən ( F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodları istisna olmaqla,Balakən şəhəri,26 kənd və 1 qəsəbədə cəmi 20351 əhali abonenti və 258 qeyri əhali abonenti) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
"İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Çox pozitiv olmaq da ZİYAN İMİŞ...
"Toksik pozitivlik" psixoloji sağlamlıq üçün zərərli ola bilər. BAKU.WS xəbər verir ki, bu anlayış mənfi duyğuları görməzlikdən gəlmək və ya inkar etmək deməkdi...
