Ermənistan Müdafiə Nazirliyinin poliqonunda partlayış: Yaralılar var
Ermənistanın Müdafiə Nazirliyinin (MN) poliqonlarından birində baş verən partlayış nəticəsində səkkiz hərbçi yaralanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin MN məlumat yayıb.
Qeyd olunur ki, xəsarət alanlar təlim iştirakçıları, eləcə də onlarla birgə təlim keçirmiş polkovnik-leytenantdır. Onların həyatları üçün heç bir təhlükə yoxdur.
Məlumata görə, yaralılar hərbi hospitalın həkimlərinin nəzarəti altındadırlar və onlara müvafiq tibbi yardım göstərilir.
Daha əvvəl Ermənistan MN məlumat vermişdi ki, iyulun 8-də saat 16 radələrində nazirliyin poliqonlarından birində keçirilən təlimlər zamanı ilkin məlumata görə, minaatanlardan açılan atəş zamanı partlayış baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Vaşinqton Avropadakı müharibəni bitirə biləcək? Zelenski ABŞ-də nələrdən danışdı?
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində üç mərhələli yanaşma irəli sürüb. Baku TV-nin məlumatına görə, Ukrayna Prezidenti...