Rəfiqəsinin və ya dostunun sevgilisi ilə eşq yaşayan MƏŞHURLAR - SİYAHI

Türkiyə şou-biznesində zaman-zaman yetəri qədər qalmaqala və müzakirələrə səbəb olan hadisələr yaşanıb. Bunlardan ən çox ajiotaja səbəb olanı isə məşhurların sevgilisinin dostu yaxud da rəfiqəsi ilə eşq yaşamasıdır. Onların illər əvvəl atdığı bu addım demək olar ki, uğursuzluqla nəticələnib və heç kim xoşbəxt ola bilməyib.
Bu dəfə BAKU.WS saytı olaraq sevgilisinin dostu yaxud da rəfiqəsi ilə eşq yaşayan məşhurları araşdırdıq.
Həmin siyahını oxuculara təqdim edirik:
Aktrisa Ahu Yağtu
Aktrisa Ahu Yağtu yaxın rəfiqəsi və həmkarı Cansu Derenin sevgilisi komediyaçı Cem Yılmazla eşq yaşayıb. Daha sonra isə ailə qurub. Cütlüyün bir oğlu var. Onlar qalmaqallı şəkildə boşanıblar.


Aktyor Tolqahan Sayışman
Aktyor Tolqahan Sayışman "Lale devri" serialının çəkilişləri zamanı həmkarı Serenay Sarıkaya ilə sevgili idi. Lakin bir müddət sonra bu münasibət bitdi. Tolqahan bu dəfə Serenayın ən yaxın rəfiqəsi Selen Soydarla sevgili oldu.


Aktrisa Sinem Kobal
Aktrisa Sinem Kobal karyerası üçün Mustafa Sirmeni tərk etdi. Daha sonra onun yaxın dostu Arda Turanla sevgili oldu.


Müğənni Oğuzhan Koç
Müğənni Oğuzhan Koç da sevgilisi Yağmur Tanrısevsindən ayrıldıqdan sonra onun ən yaxın rəfiqəsi Demet Özdemirlə eşq yaşadı. Cütlük bir neçə ay içində ailə qurdu. Lakin bu evlilik də bir neçə ay sonra bitdi.


Aktrisa Hande Erçel isə Ekin Mert Daymazla iki il sevgili olduqdan sonra ayrıldı. Aktrisa bu dəfə də onun yaxın dostu və iş adamı Mehmet Dinçerlərlə sevgili oldu.


Oxşar xəbərlər
Tanınmış aparıcının təbiət qoynundakı villası nümayiş olundu
Türkiyəli model və aparıcı Elif Ece Uzun iki mərtəbəli evi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, onun mülkünün görüntüləri aparıcı Evrim Akının "Evrim Akı...
