Olivye Jiru Fransa millisinin tarixinə düşdü

İtaliya "Milan"ında çıxış edən Olivye Jiru Fransa millisinin tarixinə düşüb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, 36 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyununda qol vurmaqla nail olub.
44-cü dəqiqədə fərqlənən təcrübəli forvard qollarının sayını 52-yə çatdırmaqla Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. Üçüncü pillədə 42 qolla İspaniyanın "Atletiko" (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.
Qeyd edək ki, hazırda Fransa - Polşa görüşündə fasilədir. İlk hissədən sonra "xoruzlar" məhz Jirunun yeganə qolu ilə hesabda öndədir - 1:0.
Oxşar xəbərlər
DÇ-2022: 1/4 final mərhələsinə ilk vəsiqəni Niderland millisi qazanıb - YENİLƏNİB
Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb. 1/8 final mərhələsində ABŞ yığmasına 3:1 hesabı ilə qalib gələn kollektiv növ...
