12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
2016 Rio Olimpiadasında kişilər arasında futbol çempionatının qalibi məlum olub.
 
BAKU.WS-in məlumatına görə, Marakana stadionunda baş tutan qarşılaşmada ev sahibi Braziliya Almaniya yığmasını qonaq edib. 

Braziliyada "Barselona" forması geyən ulduz futbolçu Neymarın 27-ci dəqiqədə vurduğu qolla hesabı 1-0 edib. Birinci hissə elə bu hesabla yekunlaşıb. Qarşılaşmanın ikinci hissəsində Almaniya Maksimilian Meyerlə (59-cu dəqiqə) hesabı bərabərləşdirib. 90 dəqiqədə başqa qol vurulmadığı üçün oyuna əlavə vaxt artırılıb. 

Əlavə edilmiş 30 dəqiqə ərzində də qapılara qol vurulmadığı üçün penaltilərə gedilib. Braziliyalı futbolçular daha dəqiq qol vuruşları hesabına oyunda qalib gələn tərəf olub. Penaltilərdə 5:4 hesablı nəticə ilə Braziliya Olimpia çempionu olub. Beləliklə də komanda Almaniyadan 2014-cu il Dünya Çempionatında 7:1 hesablı məğlubiyyətin revanşını da alıb. 
 
Şahin Həbibov
BAKU.WS

 

 

[xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]