Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı - VİDEO

04
iyl
2022
14:34
Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərovun hərəkəti qalmaqala səbəb olub.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib.
O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib.
Lakin mükafatlandırma zamanı erməni himninin səsləndirilməsi zamanı Sabir Cəfərov kürsünü tərk edib.
Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıblar və onun gümüş medalı əlindən alınıb.
Oxşar xəbərlər
Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb, nazir qaliblərə medalları təqdim edib - YENİLƏNİB
Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında ke...
