SİZİN REKLAM BURADA!
055 213 76 73


Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında keçirilən yarışın qızıl medalçısı çexiyalı Liptak Jiri olub.

Stend atıcılığının bugünkü final yarışını Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Bakı Atıcılıq Mərkəzində izləyib. Nazir qaliblərə medalları təqdim edib.

***

Atıcılıq üzrə Bakıda keçirilən Dünya Kubokunda bu gün 10 metr məsafəyə tüfəng və tapança atıcılığı üzrə qarışıq komandaların final yarışları başa çatıb. Tüfəng atıcılığı üzrə yarışda Koreya komandası Serbiya komandasını 16:10 hesabı ilə udaraq, qızıl medal qazanıb. Bürünc medal sahibləri Koreya, Polşa komandaları olub.

Qardaş Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb. Digər bürünc medala Serbiya komandası yiyələnib. Yarışın qızıl medalçısı 14:6 hesabı ilə Ukrayna komandası üzərində qələbə çalan Yunanıstan komandası olub. Ukrayna isə gümüş medal qazanıb.

Bu gün stend atıcılığının səngər növü üzrə də qadın və kişilər arasında final yarışları keçiriləcək.

Atıcılıq üzrə Dünya Kuboku Bakıda mayın 28-də start götürüb. Yarışlar iyunun 7-dək davam edəcək.

**

Bakıda atıcılıq üzrə keçirilən Dünya Kuboku yarışlarında komandasını dəstək üçün Almaniya səfiri Volfqanq Maniq Bakı Atıcılıq Mərkəzində olub. “Bizim idmançı – olimpiya ikincisi Monika Karş da yarışda iştirak edir. Biz bu yarışda bürünc medal qazanmışıq. Fikrimcə, idmançı üçün əsas məsələ burda iştirak etməkdi. Çünki onların başqa millətlərlə dostluq münasibətləri yaranır. Bu səbəbdən, dünya kubokunda iştirak etməyin özü də bir naliyyətdir. İdmançılarımıza uğurlar arzulayıram”-səfir deyib.

**

10 m məsafəyə tüfəng atıcılığı üzrə yarışın qızıl medal sahibi Cənubi Koreya atletləri Bakıda keçirilən yarışın təşkilat səviyyəsinin onların nəticəsinə müsbət təsir göstərdiyini bildiriblər. Atlet Keum Jihyeon: “Bakıdakı yarış həqiqətən möhtəşəmdir. Yaradılan şərait superdir. Burada həqiqətən çox əyləncəli anlar yaşayıram. Ab-hava əladı. Bu da bizim nəticəmizə təsir etdi”.
Qızıl medalçı Park Hajun: “Fərqli hisslər keçirirəm. Çempion olmaq qürurvericidi. Düzdür, qalibiyyət asan olmadı. Buna baxmayaraq, sevincliyəm. Yarış möhtəşəm idi. Serbiya ilə final görüşü həqiqətən çətin oldu. Dünya kubokunun finalına vəsiqə qazanmağın həyacanı var idi. Rəqib də olduqca təcrübəli idi. Buna baxmayaraq, yekunda qələbə qazandıq”.

**

10 metr məsafəyə pnevmatik tapançadan qarışıq növdə atəşaçma yarışlarında bürünc medal qazanan türkiyəli Yusuf Dikeç və İlayda Şevval...

Yusuf Dikeç:

“Hər idmançı kimi, medal qazandığımız üçün sevincliyəm. Biz bu medalı sadəcə Türkiyə adına yox, həm də Azərbaycan üçün əldə etdik. Hamının söylədiyi kimi, biz iki dövlət, tək millətik. Biz də könüldən bu sözə qatılırıq.

Bakıda möhtəşəm turnir keçirilir. Təşkilatçılıq əla səviyyədədir. Arenanın dizaynı, ləvazimatlar, yeməklər və xidmət möhtəşəmdir. Hamı gülərüzlüdür. Mən şəxsən belə təşkilatçılıq çox yerdə görməmişəm”.


İlayda Şevval

“Çox xoşbəxt və qürurluyam. Qardaş ölkədə Türkiyə adına medal qazanmaq sevindiricidir. Əziyyətimizin qarşılığını aldığımız üçün də ayrıca xoşbəxtik.

Başqa ölkələrdə keçirilən dünya kubokları yarışlarından fərqli olaraq burda iştirakçı ölkələrin sayı çoxdu. Yarışlar da olduqca çətin idi. Belə bir turnirdə medal qazanmağımız çox qürurvericidir”.


*** 15:31

Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kubokunda bu gün 10 metr məsafəyə tüfəng atıcılığı üzrə qarışıq komandaların final yarışları başa çatıb. Yarışda Koreya komandası Serbiya komandasını 16:10 hesabı ilə udaraq, qızıl medal qazanıb. Bürünc medal sahibləri Koreya, Polşa komandaları olub.

Qardaş Türkiyə komandası bu yarışda bürünc medal qazanıb. Digər bürünc medala Serbiya komandası yiyələnib. Yarışın qızıl medalçısı 14:6 hesabı ilə Ukrayna komandası üzərində qələbə çalan Yunanıstan komandası olub. Ukrayna isə gümüş medal qazanıb.

Bu gün stend atıcılığının səngər növü üzrə də qadın və kişilər arasında final yarışları keçiriləcək.

Atıcılıq üzrə Dünya Kuboku Bakıda mayın 28-də start götürüb. Yarışlar iyunun 7-dək davam edəcək.

BAKU.WS
QALEREYA