SİZİN REKLAM BURADA!
055 213 76 73


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib.

BAKU.WS xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

O, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.

E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başayacaq.

FIFA prezidenti Canni İnfantino da Elxan Məmmədovun təyinatından danışıb: "Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona "FIFA komandasına xoş gəlmisən deyirəm".

Elxan Məmmədov 2007-2022-ci illərdə AFFA-nın baş katibi çalışmışdır və Azərbaycanda bütün idman növlərinin yüksəldilməsində aparıcı rol oynayıb. Hazırda Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti (2008-ci ildən) və FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür.

O, AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

BAKU.WS