Premyer Liqa: “Qəbələ” “Zirə”ni məğlub etdi

05
dek
2021
21:48
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, turun sonuncu qarşılaşmasında “Qəbələ” səfərdə 1:2 hesabı ilə “Zirə”ni məğlub edib.
Qonaqların Urfan Abbasov (32-ci dəq.) və Rövlan Muradovun (40-cı dəq.) vurduğu qollara ev sahibləri yalnız Davit Volkovun (45+4-cü dəq.) topu ilə cavab verə biliblər.
Bu nəticədən sonra “Qəbələ” 25 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Sumqayıt" 6 oyundan sonra qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Sumqayıt" "Səbail"i qəbul edib....