Azərbaycan Premyer Liqası: "Sumqayıt" 6 oyundan sonra qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Sumqayıt" "Səbail"i qəbul edib. "Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesab ilk hissədə açılıb. 37-ci dəqiqədə Rəhim Sadıxov cərimə zərbəsindən baxımlı qolla "gənclik şəhəri" təmsilçisini önə çıxarıb. 74-cü dəqiqədə isə Səid Rza matçda yekun hesabı müəyyənləşdirib.
63-cü dəqiqədə qonaqların hücumçusu Nikolas Raysel rəqibin müdafiəçisi Höccət Haqverdiyə başı ilə zərbə vurduğu üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.
6 oyundan sonra qələbə qazanan "Sumqayıt" xallarını 11-ə çatdıraraq, turnir cədvəlində "Səbail"i qabaqlayıb və 5-ci pilləyə yüksəlib. 9 xalı olan "dənizçilər" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" Qəbələdə eyniadlı komandanı məğlub edib - 3:1. İlk oyun günündə isə "Zirə" evdə "Keşlə"yə 2:0, "Qarabağ" isə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Neftçi" yeni mövsümdə ilk qələbəsini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün ilk matçında çempionata heç-heçə i...