SİZİN REKLAM BURADA!
055 213 76 73


Yalın əllə döyüş üzrə "Top Dog" turnirinin dağıstanlı ulduzu Hacı Novruzov futbol üzrə Azərbaycan yığmasının şərəfini qoruya bilərmiş.

BAKU.WS xəbər verir ki, döyüşçü vaxtı ilə peşəkar futbolçu olarkən agentinə Azərbaycandan təklif gəldiyini bildirib.

"Mən Xabarovsk SKA-sı ilə müqavilə bağlamaq ərəfəsində olarkən agentimə Azərbaycandan zəng gəldi. Onlar soyadıma görə, bu ölkənin (Azərbaycanı nəzərdə tutur - red.) şərəfini qorumağı təklif edirdilər. Bildiyimə görə, sonda pul barəsində ortaq məxrəcə gələ bilmədilər. Çünki o vaxt mənim SKA ilə yaxşı şərtlərlə müqaviləm var idi. Onlar mənə Azərbaycanın pasportunu vermək istəyirdilər", - deyə Novruzov bildirib.

Qeyd edək ki, Hacı Novruzov qaydasız döyüş, yumruq döyüşləri ilə məşğul olmazdan əvvəl peşəkar futbolçu olub. Dağıstanlı idmançı Xabarovskun "SKA Energiya" klubunun şərəfini qoruyub. Sonradan ağır zədə alan Hacı peşəkar futbolla vidalaşmalı olub.

Hacı Novruzov "Top Dog" promouşnunda keçirdiyi 5 döyüşün hamısında qələbə qazanıb. O, bu döyüşlərin dördünü nokautla başa vurub. Hacıya döyüş üslubuna görə "Avtomat" ləqəbi veriblər.

BAKU.WS