SİZİN REKLAM BURADA!
055 213 76 73


WBC versiyası üzrə superağır çəkidə dünya çempionluğu uğrunda döyüşün qalibi Tayson Fyuri olub. Bununla da, o, titulunu qoruya bilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, britaniyalı peşəkar boksçu Tayson Fyuri ABŞ təmsilçisi Deontey Uaylderi nokautla məğlub edib.

Qarşılaşma 11-ci raundda bitib. Belə ki, britaniyalı başa endirdiyi qüvvətli zərbə ilə rəqibini aşırdıb.

T.Fyurinin bu qələbəsi peşəkar karyerasında 31-ci olub.

Qeyd edək ki, Tayson Fyuri bu qarşılaşmaya 125,6 kiloqram çəkidə çıxıb. Onun rəqibinin isə 107,6 kiloqram çəkisi olub.

BAKU.WS
VİDEO