SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun yeni görüntüsü yayılıb.
 
BAKU.WS-in məlumatına görə, kadrlarda idmançının necə məşq etdiyi və məşhur döyüşlərindən görüntülər yer alıb.
 
Gürcüstanda azərbaycanlı ailəsində anadan olan Zabir 10 yaşında Minskə köçüb. O, 9 yaşından idmanla məşğul olmağa başlayıb. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olub. Sonra o Muay tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM də idmanını davam etdirir. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olub. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutub. 

26 yanvar 2007-ci ildə Fransada keçirilən K-1 Rules Kick Tournament 2007 in Marseilles 3 döyüş keçirir və sonuncu döyüşdə Nokout ilə qələbə qazanaraq K-1 Rules Kick Tournament 2007 in Marseilles in birincisi olur.

17 avqust 2007-ci ildə Las Vegasda keçirilən K-1 World GP-də pozitif nəticə göstərmişdir. O bu yarışda 3 döyüş keçirmişdir:2 döyüşdə qələbə qazanır finalda çox az xal ilə (en:Doug Viney )-ə məğlub olur.

26 aprel 2008-ci ildə Səmədov Niderlandda keçirilən K-1 World GP 2008 in Amsterdam-da iştirak edir və o bu yarışda da 3 döyüş keçirir.O ilk döyüşündə Doug Vineydən intiqamını alır sorakı döyüşüdə udur lakin finalda Errol Zimmermana məğlub olur.

13 iyul 2008 ci ildə Səmədov k-1 in ən məşhur döyüşçülərindən biri olan Ray Sefo ilə döyüşür. Bu döyüş Səmədov üçün çox çətin keçir, lakin o bu çətinliyin öhdəsindən gələrək qələbə qazanır.

23 May 2009-cu ildə Zabit Səmədov Polşada keçirilən "World Grand Prix 2009" yarışına qoşulur. Səmədov bu yarışda 3 doyüş keçirir və 3 doyüşü də qələbə ilə başa vuraraq yarışın çempionu olur.
 
BAKU.WS